“Qarabağ”ın ilk hissədəki penalti epizodundan başqa qol imkanı olmadı. Öz futbolumuzu oynamağa çalışırdıq. Məncə, layiqli çıxış etdik. “Qarabağ” səviyyəli komandadır. Ancaq oynamaq olar. Qırmızı vərəqə alana qədər yaxşı təsir bağışladıq. Bir epizodda əlimə yaxşı fürsət düşdü, amma istifadə edə bilmədim. Komandadan üzr istəyirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayev Topaz Premyer Liqasının 4-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan futbolçu görüşün baş hakimi İnqilab Məmmədovun idarəçiliyinə də toxunub:
“Qırmızı vərəqədən sonra “Qarabağ”ın qol imkanları oldu. Penalti epizoduna gəlincə, bunu hakimdən soruşun. 3 aydır Azərbaycandayam. Hakim haqda danışmaq istəmirəm. Amma o, hər şeyi görürdü. Təkrara baxdıq, həqiqətən penalti var idi. Niyə penalti təyin etmədi? Bu, artıq təxribatçı sualdır. Ona görə də cavab vermək istəmirəm”.
“Sumqayıt”ın bu mövsüm qarşıya qoyduğu hədəfləri açıqlayan İsayev Azərbaycan millisində oynamaq haqda da düşündüyünü söyləyib:
“Rəhbərlik bu mövsüm qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyub. Əsas məqsədimiz buna nail olmaqdır. Atam azərbaycanlıdır, amma ömrüm boyu atasız böyümüşəm. Özünüz də görürsünüz ki, sarışınam, azərbaycanlıya oxşamıram. Azərbaycanda oynamaq məsələsini götür-qoy edirəm”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?