Bolqarıstan millisinin düşərgəsində zədələnən "Qarabağ"ın futbolçusu Simoen Slavçevin son durumu müəyyənləşib.
Qol.az-ın Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacağını və bu səbəbdən Avroliqada "Sportinq"lə görüşü buraxacağını bildirib:
"Tibbi müayinədən keçdim. Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, bu, daha da pis ola bilərdi. Kiçik zədə ilə qurtuldum. İki həftə oynaya bilməyəcəm. Ancaq çox əsəbiyəm, çünki "Sportinq"lə görüşdə komandama kömək edə bilməyəcəm".
Qeyd edək ki, Slavçev Millətlər Liqasının ikinci turunun Norveçlə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədə alıb.
Xatırladaq ki, "Qarabağ" sentyabrın 20-də Avroliqanın qrup mərhələsində "Sportinq"in qonağı olacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?