Qurban Qurbanov iki futbolçunu heyətdən kənarlaşdırdı

Qurban Qurbanov iki futbolçunu heyətdən kənarlaşdırdı
ÖLKƏ FUTBOLU 10 Sentyabr 2018 / 13:11 9306
-  A +

Bu gün Millətlər Liqasının 2-ci turunda Malta ilə qarşılaşacaq yığmamızın heyətində dəyişiklik edilib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  iki futbolçu millidən  kənarlaşdırılıb.

Komandamızın baş məşqçisi Qurban Qurbanov müdafəçi Bəxtiyar Həsənalızadə (“Sumqayıt”) və hücumçu Ruslan Qurbanovun (“Səbail”) adını siyahıdan çıxarıb. Əvəzində Millətlər Liqasının 1-ci turunda Kosovo ilə oyunda (0:0) iştirak  etməyən Namiq Ələskərovun adı 23-lüyə daxil edilib.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə Kosovo ilə görüşdə iştirak etməmişdi. Ruslan Qurbanov isə ilk 11-likdə meydana çıxdığı oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi.

Daha çox


Son xəbərlər
topaz banner