“Bu gün iki xal itirdik. Nəticə üçün bütün oyunlarda qələbə qazanmaq lazımdır. Evdə azarkeşlərin, xalqın önündə oynamaq daha rahatdır".
Qol.az-ın xəbərinə görə, bu sözləri millimizin qapıçısı Kamran Ağayev Millətlər Liqasının ilk turunda Kosovo ilə qolsuz heç-heçə etdikləri oyundan sonra deyib.
32 yaşlı qolkiper Kosovonun asan rəqib olmadığını söyləyib: "Şansımızı əldən verdik. Əgər final mərhələsinə çıxmaq istəyiriksə, bütün görüşləri udmalıyıq. İlk oyunda gərginlik var idi. İlk rəsmi oyunlar həmişə ağır keçir. Dildə Kosovo rahat səslənə bilər, amma analiz edəndə baxırsan ki, usta futbolçuları var. Böyük klublarda çıxış edirlər. Öz sözünü demiş oyunçular var. Amma futbol komanda oyunudur. Hamı 11 nəfərlə oynayır. Hazırlaşmışdıq, göstərişlər verilmişdi. Bizi sıxacaqlarını bilirdik. Baş məşqçi necə demişdi, elə də oynadıq. Oyuna baxıb analiz etməmişik".
Təcrübəli qapıçı rəqibin elə də təhlükəli epizodu olmadığını vurğulayıb: "Rahat oynadıq. Bir-iki hava topu var idi. Çətinlik yaşamadıq. Biz hücum edirdik, amma sonluğu yaxşı gətirə bilmirdik. Yaxşı fikirləşirdik və həyata da keçirdirdik. Amma sonluq yaxşı alınmırdı. Ona görə də qol epizodları olmadı. Çətin olacağını bilirdik. Asan rəqib yoxdur. Kosovo millisi yaxşı qapanmışdı, ağıllı oynadılar. Öz güclərini göstərdilər. Oyunu analiz edəcəyik. Baş məşqçi bizə öz göstərişlərini verəcək".
Kamran Ağayev son olaraq azarkeşlər barədə danışıb: "Heç vaxt azarkeşləri qınamaq olmaz. Yaşam tərzi və digər məsələri demək olar. Milləti qınamıram. Gələnə də, gəlməyənə də təşəkkür edirik. Təbii ki, azarkeş qarşısında oynamaq tam fərqli ab-havadır".
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video