“Çətin oyun idi. Qrupumuzda rəqibləri müqayisə etsək, Kosovo sürpriz komandadır. Yeni federasiyaları var. İki ildir ki, təsis olunub. UEFA və FİFA-ya üzv qəbul olunub. Amma buna baxmayaraq, futbolçuları tanınmış liqalarda çıxış edir. Əksəriyyəti əsas heyətlərdə oynayır. Milli komandalara cəlb olunublar. Ötən seçmə mərhələ onlar üçün başlanğıc olub”.
Qol.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov millimizin UEFA Millətlər Liqasının ilk turunda evdə Kosovo ilə heç-heçə etdikləri oyundan(0:0) sonra jurnalistlərə açıqlamasında deyib.
O, Kosovonun belə mübarizə aparacağını gözləmədiyini söyləyib: “Bu Kosovo üçün ikinci sınaqdır. Mən onların buraya üç xal üçün gələcəyini gözləmirdim. Birinci hissədə bəzi epizodlarda pressinq etməyə çalışdılar. Buna baxmayaq, komandamız ikinci hissədə topa nəzarət etməyi bacardı. İlk xalımızı qazandıq. Millətlər Liqasının qrup mərhələsi qısa bir turnirdir. 3 ay ərzində 6 oyun keçirilməlidir. Hər oyunda qələbə qazanmağa çalışmalıyıq. Unutmayaq ki, 3 gün sonra növbəti oyunumuzu keçirəcəyik. Baş məşqçi də komandanı Malta ilə səfər oyununa hazırlayacaq”.
E.Məmmədov stadionun ot örtüyü ilə bağlı da danışıb: "Dünən UEFA-nın nümayəndəsi də stadiona baxış keçirib. Heç bir mənfi rəyi olmayıb. Əsas UEFA nümayəndəsinin rəyidir. Meydanda əvvəlki aylarda bəzi problemlər olub. Amma o aradan qaldırılıb. Nümayəndə ciddi bir problem aşkarlamayıb. Meydana 5 qiymətini verə bilmərik. Daha az qiymət verərdik. Daha yaxşı ola bilərdi. Yay mövsümündən çıxmışıqsa, stadion düzəlməlidir. Stadiona baxan şəxslər bunun üçün məsuliyyət daşıyır. Biz istəyirik ki, stadion 5 qiymətini alsın”.
Baş katib bildirib ki, millimiz növbəti oyunları da Bakı Olimpiya Stadionunda keçiriləcək:“Millətlər Liqasının qaydalarına əsasən UEFA bir stadiona üstünlük verir. Biz də eyni stadionda oynayacağıq. BOS-da böyük oyunlar olacaq. Avropa çempionatına da hazırlıqlar başlayıb. Stadionu hər zaman sınaqdan keçirmək lazımdır. Azərkeş dəstəyi rəqibə görə yox, öz millimizə görə olmalıdır”.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha 2 medal
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə