Azərbaycan hökuməti Bakıda keçiriləcək dünya çempionatında Ermənistan cüdoçularının təhlükəsizliyinə təminat verib.
Qol.az-ın məlumatına görə, bunu TASS-a gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, yarış ərəfəsində əvvəlki turnirlərdə olduğu kimi, Ermənistan yığması Azərbaycan dövləti tərəfindən təhlükəsizliklə bağlı təminat alıb: "Bu dəfə bütün təminatlar verilib. Dövlət adından təhlükəsizliklə bağlı tam təminat və viza dəstəyi ilə bağlı müqaviq sənəd təqdim olunub. Məktubun surəti Beynəlxalq Cüdo Federasiyasına (IJF) və Avropa Cüdo İttifaqına (EJU) göndərilib. Biz bütün öhdəlikləri yerinə yetirmişik. İndi bu cür vəziyyətin yaranmasının səbəbi tamamilə anlaşılmazdır”.
Nazir deyib ki, Ermənistan nümayəndə heyəti ilk dəfə 2007-ci ildə güləş üzrə dünya çempionatı üçün Bakıya gəlib: "Həmin vaxt Beynəlxalq Olimpiya Komitəsinin iştirakı ilə qonaqlarımıza təhlükəsizliklə bağlı təminat verən razılaşma imzalanmışdı. Daha sonra mən cüdo üzrə gənclər arasında Avropa çempionatı ərəfəsində Yerevana getdim. Həmin vaxt da cüdoçularımızın oradakı yarışda iştiraklarına imkan verən müvafiq sənəd imzaladıq”.
A.Rəhimov daha sonra tərəflərin səfərlər və razılaşma imzalamaqdan ötrü vaxta qənaət etmələri məqsədi ilə dövlət tərəfindən Ermənistan tərəfinə təminat məktubunun göndərildiyini söyləyib: "Beləliklə, 23 erməni idmançı Bakıda I Avropa Oyunlarında iştirak etdilər. Onlar, eləcə də məşqçilər korpusu qayıdandan sonra hər şeydən razı qaldıqlarını yazmışdılar”.
Daha əvvəl Ermənistanın İdman Nazirliyi "Azərbaycan tərəfinin rəsmən lazımi təhlükəsizlik zəmanəti verməkdən imtina etdiyini" əsas gətirərək, dünya çempionatına qatılmayacaqlarını bildirib. EJU-nun prezidenti Sergey Soloveyçik TASS-a açıqlamasında problemin həllini tapması üçün şansın olduğunu bildirib. Lakin o, dünya çempionatının startına az bir zamanın qaldığını da vurğulayıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək (Report).
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər