"Əslim Azərbaycanın Lənkəran şəhərindən, daha dəqiq desəm, Masallı rayonunun Boradigah qəsəbəsindəndir. Atam 20 yaşında ordudan qayıtdıqdan sonra Moskvaya gəlib və burada anamla tanış olub. Əlbəttə, həmin vaxt bütün ölkədə gərgin vəziyyət hökm sürürdü. Ona görə də atam bu şəraitdə işləməli, ailəsinə baxmalı olub".
Qol.az-ın məlumatına görə, bu sözləri "Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev klubun jurnalına geniş müsahibəsində deyib. Ölkəmizdə uşaq vaxtı olduğunu bildirən azərbaycanlı futbolçu sonradan bura gələ bilməməsinin səbəbini izah edib:
"Azərbaycanda kiçik yaşlarımda olmuşam. Amma sonradan atamın məzuniyyəti ilə üst-üstə düşmədiyi üçün gedə bilmədik. İndi isə əksinə, qohumlarımız bizə tez-tez gəlir".
Azərbaycan futbolundan da danışan Ayaz Lənkəranda bu idman növünün çox sevildiyini deyib: "Bizdə "Xəzər Lənkəran" klubu var idi, bir ara yaxşı maliyyə dəstəyi alırdı. Bu regionda futbolu çox sevirlər. Qohumlarım oyunlarıma baxıb, mənə azarkeşlik edirlər".
Moskva "Spartak"ının yetirməsi olan futbolçu bu komandanı atasının istəyilə seçdiyini söyləyib: "5 yaşımda "Spartak"ın akademiyasına yazılmışam. Həmin vaxt hələ qəbul yox idi. Məni bir yaş böyük qrupa verdilər. Demək olar ki, yüksək liqa komandalarının hamısında bu klubun yetirmələrinə rast gəlmək olar. Yəqin, atam bunu bildiyi üçün məni "Spartak"ın akademiyasına aparıb. Bəlkə də bu komandaya azarkeşlik etdiyi üçün belə edib. Hər şey ola bilər".
Quliyev deyir ki, futbolçu olmasaydı, təkbətək mübarizəli idman növü ilə məşğul olardı: "Bu, peşəkar səviyyədə olmaya da bilərdi. Əvvəlcədən futbolu seçdiyim üçün güləş bölmələrinə getməyə vaxtım olmurdu. Səhər dərsə, axşam isə futbol məşqlərinə gedirdim. Böyük və kiçik qardaşlarım bu idman növü ilə məşğul olduğu üçün əvvəllər tez-tez onlarla sınaq görüşləri keçirirdim. Həmin vaxt onlardan xahiş edirdim ki, ayağıma vurmasınlar, çünki futbolla məşğul oluram. Buna baxmayaraq, döyüşlərimiz ciddi olurdu. Heç kim bir-birinə güzəştə getmirdi".
Yemək və musiqi zövqlərindən də danışan Quliyev paxlava və şəkərburanı xüsusi vurğulayıb: "Hansı müsiqilərə üstünlük verdiyimi deyə bilmərəm. Amma türk və çeçen mahnılarına qulaq asmağı sevirəm. Yeməklərə gəlincə, xüsusilə ət yeməklərini xoşlayıram. Amma daha çox şərq şirniyyatlarını bəyənirəm. Xüsusilə də şəkərbura və paxlavanı. Bibilərim həmişə mənə Azərbaycandan belə yeməklər göndərirlər".
Ayaz evləndikdən sonra xanımı ilə Məkkə ziyarətinə getmək istədiyini bildirib: "Dubayda və Abu-Dabidə olmuşam. Səudiyyə Ərəbistanına getmək, Məkkəni ziyarət etmək istəyirəm. Bu, hər bir müsəlman üçün vacibdir. Ora toydan sonra həyat yoldaşımla getməyi planlaşdırıram".
Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında "Spartak"dan "Rostov"a keçib. Rusiyanın U-21 yığmasının üzvü olan yarımmüdafiəçi əsas millimizə namizədlərdən biridir.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha 2 medal
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə