Bu gün Azərbaycan futbol tarixinin azsaylı unudulmaz uğurlarından birindən 19 il ötür. Portuqaliya ilə Bakıda iki gün (ilk gündə o boyda beynəlxalq oyunda stadionun projektoru təxribat nəticəsində söndürülmüş və matç ertəsi günü davam etdirilmişdi) davam edən görüşdə bizimkilər sensasiyaya imza ataraq heyətində Luiş Fiqu, Rui Koşta, Vitor Baya kimi superulduzların oynadığı komandadan bir xal ala bilmişdi.
O vaxt bizə az qala möcuzə kimi görünən bu uğurun səbəbkarlarından biri heç şübhəsiz, millinin həmin dövrdəki baş məşqçisi, rəhmətlik Əhməd Ələsgərov idi.
Bu matçı xatırlayan jurnalist Anar Şabanoğlu yazır (Qol.az, 03.09.2017): “Uğurun başlıca səbəbkarı hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında "Kto takoy Fiqu? Koqda u nas yest takiye iqroki kak Kamal, "Baxa", Adaim!" (Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?) deməklə komandamıza fantastik motivasiya verən rəhmətlik baş məşqçi Əhməd Ələsgərov idi. Ələsgərovun bu sözlərini eşidəndə əvvəlcə "Adam qocalıb, dünya futbolunu izləmir, hətta Fiqunu tanımadığından ağzına gələni danışır" deyib lağa qoymuşduq...”
Amma ertəsi həm də güclü futbol psixiloqu olan Ələsgərov hamını yanıltmışdı. Sonradan AFFA-nın milliyə gətirdiyi uğursuz Foqts isə elə Portuqaliya millisi ilə səfərdəki oyundan əvvəl demişdi: “Biz bura udmağa gəlməmişik”. İki məşqçi arasındakı fərqi bu yanaşmayla göstərib gələk Zaur Tağızadəyə. Vitor Bayanın – nəhəng “Barselona”nın o vaxtkı qapıçısının ayaqları arasından qol keçirən oğlana.
Azərbaycan futbolunun 1990-cı illərin sonları yetişən ən istedadlı, amma bəxtsiz (tez-tez aldığı zədələrə görə) nümayəndəsi.
O oyunla bağlı mediada yetərincə yazı gedib, onun üzərinə qayıtmağı lüzum görmürəm. Amma bir məsələ təəssüf, həm də sual doğurur. Zaur Tağızadə ən azı bu mövzuda nə vaxta qədər susmalı olacaq? Əslində Tağızadəylə “525-ci qəzet” üçün 2000-ci ildəki geniş müsahibəmdə buna toxunmuşdum (məndən əvvəl isə deyəsən, Anar Şabanoğlu “Futbol+” qəzetində Zaurla söhbətində bununla bağlı suallar vermişdi). Heyf ki, həmin müsahibəni arxivdən axtarıb tapmaq uzun zaman alacaq.
Odur ki, ümid edək, yaxın vaxtlarda hamımızın həm də bir tərbiyəli, mədəniyyətli insan kimi tanıdığı Zaur bu “qapalılıq sindromu”ndan əl çəkərək media önünə çıxacaq, ən azı həmin oyun, yaxşı olardı ki, həm də elə futbolumuzun bugünkü durumuyla bağlı da fikirlərini söyləyəcək. Bu işdə indi ona bir böyük kimi az-çox təsir edə biləcək bir nəfər də var - Qurban Qurbanov. Hansı ki, Zaur bu gün "Qarabağ"da onun köməkçilərindən biri kimi çalışır.
Çünki milli komanda fərdlərə deyil, bütün millətə məxsusdu. Və onun uğurları və uğursuzluqları ilə bağlı zamanında o komandanın formasını geyinən, çalışdıran hər bir kəs ictimaiyyətə fikirlərini, hislərini bildirməli, yeri gəlsə hesabat verməlidi.
Yoxsa futbol tariximizdəki az-az uğurlarda payı olan insanların adı tarixdə quru statistika ilə qalacaq. Buna layiq olmadıqları halda.
Aydın BAĞIROV
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha 2 medal
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə