"Astana"nın prezidentindən Qriqorçuk açıqlaması

"Astana"nın prezidentindən Qriqorçuk açıqlaması
GÜNDƏM 4 Sentyabr 2018 / 10:58 7518
-  A +

"Hamımız Roman İosifoviçin şəxsi məsələlərini həll edərək, öz işinə qayıdacağını gözləyirik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan  Xamitcanov “Sports.kz”a açıqlamasında deyib.

O, komandanı müvəqqəti olaraq tərk edən baş məşqçi Roman Qriqorçukla yolları ayırdıqları ilə bağlı yayılan xəbərləri təkzib edib: “Bunlar boş söhbətlərdir. Hər hansı bir dəyişiklik olsa, bu haqda azarkeşlərimizə məlumat verəcəyik. Onlara bildirmək istəyirəm ki, yalnız rəsmi xəbərlərə inansınlar”.

Qeyd edək ki, hazırda şəxsi işləri ilə bağlı "Astana"dan müvəqqəti olaraq ayrılan "Qəbələ"nin sabiq çalışdırıcısının Kiyev "Dinamo"suna keçəcəyi haqda xəbərlər yayılıb.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə