“Arsenal” Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu üçün Bakıya gəlib-gəlməyəcəyi müzakirə olunan erməni futbolçu Henrix Mxitaryanla bağlı bəyanat yayıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, London klubu öz bəyanatında oyunçularının təhlükəsizliyinin onlar üçün əsas prioritet olduğunu vurğulayıb:
“Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas məsələdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik”.
Qeyd edək ki, Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən 29 yaşlı yarımmüdafiəçinin “Qarabağ”la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.
Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə mübarizə aparacaq. Ağdam klubunun ingilislərlə Bakıdakı oyunu oktyabrın 4-də keçiriləcək. Londondakı matç isə dekabrın 14-də oynanılacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?