Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Arsenal” klubunun baş məşqçisi Unay Emeri komandanın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gətirilib-gətirilməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.
Qol.az-ın “Fox sports”a istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis 29 yaşlı yarımmüdafiəçini Ağdam klubu ilə səfər oyununa aparmaq istədiklərini söyləyib:
“Əlbəttə, Mxitaryanın bizimlə Bakıya getməsini istərdim. Amma bu, bir az problemli məsələdir. Həllini tapsa, daha yaxşı olardı. Hələ ki, bu barədə Henrixin özü ilə danışmamışam”.
Əslində UEFA öz bayrağı altında keçirilən yarışlarda futbolçuların istənilən ölkəyə getməsinə viza verilməsi üçün müvafiq federasiyalara, klublara və səfirliklərə məktub göndərir. Bu, standart prosedurdur. Ancaq Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən onun “Qarabağ”la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.
Xatırladaq ki, “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-də keçiriləcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?