“Nəticə özü hər şeyi deyir” - Filip Ozobiç

“Nəticə özü hər şeyi deyir” -  Filip Ozobiç
ÖLKƏ FUTBOLU 31 Avqust 2018 / 01:04 5207
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsində “Şerif” üzərində qələbə qazandıqları cavab oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, xorvatiyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.


- Bu cür oyundan, belə qələbədən sonra özünüzü necə hiss edirsiniz?

- Əlbəttə, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığımız üçün sevinirik. İki oyunun nəticəsinə görə biz “Şerif”dən daha yaxşı olduğumuzu göstərdik. Məncə, nəticə özü hər şeyi deyir.

- Vurduğunuz qol haqqında nə deyə bilərsiniz? Oyundan əvvəl fərqlənəcəyinizi düşünürdünüz?

- Bəli, oyundan əvvəl bu barədə düşünürdüm. Hər zaman qol vurmaq istəyirəm. Bu gün alındı. Ümid edirəm ki, bundan sonra da qol vurmağa davam edəcəyəm.

- Sanki bu gün komandada xüsusi motivasiya var idi. Yoxsa bizə elə gəlirdi?

- Bilirdik ki, bizim üçün vacib oyundur. Qarşımızda qrup mərhələsinə düşmək vəzifəsi dururdu. Məncə, yaxşı oynadıq və istədiyimiz nəticəni qazandıq.

- “Şerif”in baş məşqçisi Qoran Sabliç həmyerlinizdir. Səhv etmirəmsə, orada xorvat futbolçu da var. Oyundan sonra onlara yaxınlaşıb görüşdünüz. Maraqlıdır, sizə nə dedilər?

- Bu, futboldur. Bu gün “Qarabağ” daha yaxşı idi. Onlara öz çempionatların uğurlar arzu etdim. Onlar da məni təbrik edib, Avropa Liqasında uğur arzuladılar.

- Avropa Liqasında BATE ilə eyni qrupa düşməyi istəyirsiniz?

- Bilmirəm, görək necə olur (gülür).

- Artıq “Qəbələ” ilə Avroliqanın qrupunda çıxış etmisiniz. İndi isə “Qarabağ”la bu uğura imza atdınız...

- Bəli, artıq bu sevinci yaşamışam. Nə deyə bilərəm? Daha çox oynamaq və özümüz göstərmək istəyirəm.

Daha çox


Son xəbərlər
topaz banner