"İlk matçdakı nəticə qrupa düşmək üçün bizə şans verir. Çətin olacaq. "Qarabağ”ın güclü olduğunu başa düşürük. Evdə oynayırlar. Rəqib topa nəzarət etməyi xoşlayır. Lakin bizim də ilk oyunla müqayisədə daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Komandamız fiziki cəhətdən daha yaxşı vəziyyətdədir. Rəqibimizi də öyrənmişik”.
Qol.az-ın məlumatına görə, bu sözləri Moldovanın "Şerif” klubunu baş məşqçisi Qoran Sabliç "Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib. 39 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:
- Bakıda sizi nəyin gözlədiyini bilirsiniz?
- Əlbəttə, bilirik. Azarkeşlər stadionu dolduracaqlar. Amma bunun nəticəyə təsir edəcəyini düşünmürəm. Öz keyfiyyətlərimizi bilirik. Asan olmayacaq. Öz şanslarımızı gözləyəcəyik. Tapşırıqları yerinə yetirməyə çalışacağıq.
- "Şerif”in ifasında qorxaq oyun görəcəyik, yoxsa öz futbolunu sərgiləyəcək?
- Biz ötən mövsüm Çempionlar Liqasının qrupunda çıxış edən komandaya qarşı oynayacağıq. "Qarabağ” Avropada özünü göstərmiş komandadır. Bu cür rəqibə qarşı tam açıla bilmərik. Öz keyfiyyətlərimizi ortaya qoymağa çalışacağıq. Hər komandanın zəif və güclü tərəfləri var. Hər şeyi sabah görəcəyik. Oyundan asılıdır. Rəqib təzyiq etsə, müdafiə olunacağıq, imkan düşsə, hücum edəcəyik.
- Ötən mövsüm "Şerif”in baş məşqçisi olan Roberto Bordin indi "Neftçi”yə rəhbərlik edir. Ondan məsləhət almısınız?
- Xeyr. "Qarabağ”ın oyunlarına baxmışıq, bu, bizə kifayət edir. Bir neçə futbolçu dəyişsə də, komandada məşqçi əli hiss olunur. "Neftçi” ilə matça da baxmışıq. Səhvləri tapıb, istifadə etməyə çalışacağıq.
- İnnosent Emeqaranın cəzası başa çatıb. Bu, sizə çətinlik yarada bilər?
- Ona da yaxşı baxmışıq. Moldovada oynayan futbolçulardan daha yaxşı keyfiyyətləri olduğu aydındır. Lakin sabah məsələni bir futbolçunun həll edəcəyini düşünmürəm. Öz futbolumuzu oynamalıyıq. "Qarabağ” kimi nüfuzlu komandaya qarşı oynamaq bizim üçün stimuldur. Rəqibin heyətində yaxşı fubolçular çoxdur. Məqsədimiz qrupa düşməkdir.
- "Şerif” Bakıya çarter reysi ilə gələ bilməyib. Bu məsələ ilə bağlı rəhbərliyə iradınızı bildirmisiniz?
- "Şkendiya” da çarterlə gəlməmişdi, amma yollarına davam etdilər. Biz də "Valür”lə səfərə yüksək keyfiyyətli çarter reysi ilə getsək də, uduzduq. Digər tərəfdən, bu, klubun daxili işidir.
- Qrupa düşməsəniz, bu sizin komandadakı taleyinizə təsir edəcək?
- Qarşımıza Avropa Liqasının qrupuna düşmək tapşırığı qoyulmayıb. Belə bir məsələ yoxdur. Qrupa düşməsək, qorxulu heç nə yoxdur. Yolumuza davam edəcəyik. İndi bu məsələlər barədə düşünmürük. Təbii ki, hər kəs qrupa düşmək istəyir (sportnet.az).
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video