“Yenidən milliyə dəvət aldığım üçün sevinirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, etimadı doğruldum”.
Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Rauf Əliyev deyib. Qurban Qurbanovun UEFA Millətlər Liqasının D divizionunda Kosovo ilə ev, Malta ilə səfər oyunları üçün dəvət göndərdiyi futbolçular arasında Əliyevin də adı var. Sonuncu dəfə 2016-cı ilin oktyabr ayında Robert Prosineçkinin yığmaya çağırdığı təcrübəli forvard yenidən ölkənin 1 nömrəli komandasına qaydışı ilə bağlı təəssüratlarını bölüşüb:
“Millinin formasını yenidən geyinəcəyim üçün şadam. Uzun müddətdir yığmada çıxış etməməyimə baxmayaraq, inanıram ki, heç bir çətinlik olmayacaq. Hücum xəttindəki boşluğu doldurub-doldurmayacağımı zaman göstərəcək. Milliyə kömək etmək üçün bütün gücümlə çalışacağam”.
Rauf Millətlər Liqasında gələn ay Kosovo və Malta seçmələri ilə keçiriləcək oyunlara da toxunub: “Asan oyunlar olmayacaq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Ancaq yaxşı nəticəyə ümid edirəm”.
Qeyd edək ki, millimiz Kosovo ilə sentyabrın 7-də evdə, Malta ilə isə sentyabrın 10-da səfərdə üz-üzə gələcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?