Yığmamızın Millətlər Liqasının ilk iki oyunu – Kosovo və Malta ilə keçiriləcək görüşlər üçün heyəti açıqlanıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Qurban Qurbanov 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Səbail”);
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana” Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya);
Hücumçular: Mahir Mədətov (“Qarabağ), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rauf Əliyev (“Qəbələ”), Ruslan Qurbanov (“Səbail”).
Qeyd edək ki, millimiz sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?