“Neftçi”nin legionerləri – Kvame Karikari, Dario Federiko və Soni Mustivar Topaz Premyer Liqanın 3-cü turunda səfərdə “Qarabağ”la heç-heçə oynadıqları matçdan (1:1) sonra klubun rəsmi saytına fikirlərini açıqlayıblar.
Qol.az-ın məlumatına görə, Karikari paytaxt təmsilçisinin heyətində qol hesabını açdığı üçün sevincini gizlətməyib:
"Neftçi”nin heyətində qol hesabımı açdığım üçün çox şadam. Digər tərəfdən məyusam ki, çoxlu qol şanslarından istifadə edə bilmədik. Xüsusilə mən bir neçə dəfə ikinci qolu vurmağa yaxın oldum. Çox güclü rəqiblə oyunda qələbə qazanmağa biz daha yaxın idik. Növbəti matçlarda oyunumuzu daha da yaxşılaşdırıb, xal ehtiyatımızı artırmalıyıq”.
Mustivar isə xal itirdiklərinə görə təəssüfləndiyini bildirib: "Qələbə qazana bilərdik, amma ani diqqətsizlik bizə baha başa gəldi. Nəticədə iki xal itirdik. Bu o demək deyil ki, "Qarabağ” zəif komandadır. Əksinə, güclü rəqibdir. Xal itirdiyimizə görə çox təəssüflənirəm. Əsas səbəb qol epizodlarından düzgün istifadə edə bilməməyimizdir”.
Haitili yarımmüdafiəçi millidəki komanda yoldaşı, "Qarabağ”ın futbolçusu Donald Geryeyə qarşı oynamağın maraqlı olduğunu deyib: "Soydaşım Donald Geryeyə qarşı az da olsa oynamaq maraqlı idi. Bu gün biz bir-birimizə qarşı oynayırdıq, amma bir neçə gündən sonra çiyin-çiyinə mübarizə apara bilərik. Ümid edirəm ki, Haiti milli komandasının baş məşqçisi start heyətində hər ikimizə şans verəcək”.
“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Federiko isə oyunla bağlı bunları söyləyib: "Hər oyunda komandaya faydalı olmağa çalışıram. Keçən oyunda qol vurdum. Bu gün isə məhsuldar ötürmə ilə komandanın xal qazanmağında pay sahibi olduğum üçün şadam. Heyf ki, müdafiədəki diqqətsizlikdən sonra qapımızda qol gördük. Bundan əlavə, hücumda qol epizodlarını sağa-sola xərclədik. Ona görə də sonda 1 xalla kifayətlənməli olduq. Bununla belə, "Qarabağ” kimi rəqiblə səfər oyununda 1 xalla dönmək yaxşı nəticədir. İnanıram ki, növbəti oyunlarda da daha da uğurlu nəticələr əldə edəcəyik”
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video