"Növbəti mərhələ haqda düşünə bilərik" - "Şerif"in baş məşqçisi

"Növbəti mərhələ haqda düşünə bilərik" -  "Şerif"in baş məşqçisi
ÖLKƏ FUTBOLU 27 Avqust 2018 / 10:58 5687
-  A +

"Qarabağ"la oyunöncəsi yaxşı əhval-ruhiyədəyik. Hamı başa düşür ki, bizi pley-off oyunu gözləyir".

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif"in baş məşqçisi Qoran Sabliç deyib.

Xorvatiyalı mütəxəssis Moldova çempionatının 18-ci turunda "Dinamo-avto"ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil edilən mətbuat konfransında "Qarabağ"la keçiriləcək cavab oyunu haqda da danışıb. O, komandasının matça tam hazır olduğunu bildirib: "İlk oyunda yaxşı nətcə qazandıq. Bu, növbəti mərhələ haqda düşünməyimizə imkan verir. Bilirik ki, səfərdə bizi ağır oyun gözləyir. Ancaq inanıram ki, komandam yaxşı fiziki formada olacaq. Psixoloji cəhətdən də oyuna hazırıq".

"Şerif"in aparıcı üzvlərindən olan Yuri Kendış cəzalı durumda olduğundan "Qarabağ"la oyunu buraxacaq. Q.Sabliç bu çətinliyin öhdəsindən gələcəklərinə inandığını qeyd edib: "Bu gün meydanda olan futbolçulardan bir neçəsi onu əvəzləyə bilər. Bu, asan olmayacaq, ancaq tapşırıqlarımızı yerinə yetirə biləcək bir futbolçu tapacağıq. Meydana çıxna hər hansı bir futbolçu istəyini göstərməlidir. Məncə, hər şey normal olacaq".

Xatırladaq ki, ilk oyunda Moldovada "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn "Şerif" avqustun 30-da Bakıda Ağdam təmsilçisi ilə cavab matına çıxacaq.

Daha çox


Son xəbərlər
topaz banner