“Ümumiyyətlə, oyun yaxşı keçdi. Düşünürəm ki, qələbə qazana bilərdik, ancaq alınmadı. Buna baxmayaraq, Avroliqada yolumuza yaxşı davam etməliyik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Con Delarj Topaz Premyer Liqanın 3-cü turunda “Neftçi” ilə heç-heçə etdikləri oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyə və Azərbaycandakı derbi matçlarını müqayisə etmək istəmədiyini bildirib: “Belə müqayisələri sevmirəm. Hazırda Azərbaycandayam və oyuna çıxıb, vəzifəmi yerinə yetirirəm. Məncə,”Qarabağ” - “Neftçi” oyununu Türkiyədəki derbilərlə müqayisə etmək düzgün olmaz”.
28 yaşlı futbolçu 87-ci dəqiqədə əvəzlənməyini belə izah edib:
“Matça hazır idim. Buna görə də 87 dəqiqə meydanda qaldım. Məşqçimiz vəziyyətdən asılı olaraq, heyətdəki digər futbolçuları da meydana buraxmalıdır”.
C. Delarj Avropa liqasının pley-off mərhələsinin “Şerif”lə Bakıda keçiriləcək cavab matçı haqda da danışıb:
“Şerif”lə cavab matçı bizim üçün həyati önəm daşıyır. Həmin oyuna köklənməliyik. Qrup mərhələsində çıxış etmək üçün əlimizə düşən şanslardan maksimum yararlanmalıyıq”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?