"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 3-cü turunda evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
- Hər iki komandanı təbrik etmək istərdik. Bu gün Azərbaycan çempionatında son vaxtların derbisi oldu. Həm nəticə, həm sürət, həm də azarkeş amili mənə xoş oldu. Nəticədən də, oyundan da çox razı qaldım.
- "Neftçi" ilk yarıda daha çox pressinq etsə də, fasilədən sonra ehtiyatlı oynadı. Bu, sizin işinizi asanlaşdırdı?
- Pressinq etmək asan deyil. Xüsusən, rəqib meydanında. İlk yarıdan sonra hesab rəqibi qane edirdi. İkinci hissədə isə hücumları artırmağımız rəqibi müdafiəyə məcbur edirdi. Fasilədən sonra aktivləşməyimiz və sürətli oynamağımız "Neftçi"ni buna vadar etdi.
- Yakub Jezniçakın Rəşad Sadıqov və Bədavi Hüseynova uduzduğunu düşünmürsünüz?
- Kiminsə kiməsə uduzduğunu demək fikrim yoxdur. 20 futbolçumun hər birinə güvənirəm. Çempionatda və avrokuboklarda hər ikisi eyni sayda oyuna çıxıb.
- Bugünkü oyunda həyəcanlı görünməyiniz nə ilə əlaqədardır?
- Bəlkə də ən az həyəcanlı olmağım oyundan əvvəl olur. Əslində isə hər oyunöncəsi və sonra həyəcanlı oluram. Ola bilər ki, bu gün daha emosional idim. Amma futbolçularım kimi aktiv idim. Ona görə texniki zonanın kənarınadək irəliləmişdim. Bəzən belə hallar olur.
- Filip Ozobiç bu gün ən yaxşı oyununu keçirdi. Gələcəkdə də pleymeker kimi oynatmağı düşünürsünüz?
- Gələcəkdə də ola bilər. Bu gün ona ehtiyac var idi və düşünürəm ki, tapşırıqları yerinə yetirdi.
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı