"Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının 3-cü turunda "Səbail”ə evdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, serbiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.
- Təbii ki, evdə uduzmaq bizim üçün yaxşı hal deyil. Səhvlərimiz oldu. Bu, yeniyetmə yox, peşəkar komandadır. Buraxdıqlarımız uşaq səhvləri idi. Hesabda 0:1 geri düşmək komanda üzvlərinə pis təsir etdi və çalışdılar ki, bərabərliyə imza atsınlar. Ancaq bu zaman etdiyimiz səhvlər də çox oldu. İkinci hissənin əvvəlində buraxdığımız 2-ci qol bizi daha çətinə saldı. Düzdür, penaltidən vurduğumuz qol bizə ümid yaratdı. Ancaq oyunun gedişatını xeyrimizə dəyişə bilmədik. "Səbail” çox ağıllı, sürətli futbol oynadı və səhvlərimizdən yaxşı yararlanması nəticəsində 3 xalı qazandı. Təbii ki, mənim üçün də, komanda üçün də yaxşı vəziyyət deyil. Ümid edirəm ki, milli komandanın oyunları ilə əlaqədar yaranmış uzunmüddətli fasilə daha yaxşı hazılaşmağımıza imkan yaradacaq və qələbələr qazanacağıq".
- "Keşlə” üçün təqvim çox yaxşı idi. 3 oyuna 9 xal toplamaq olardı. Bundan sonra favorit "Neftçi" ilə görüşəcəksiniz. Hansı yaxşı nəticəyə ümid edirsiniz?
- Komandalar kağız üzərində zəif ola bilərlər. Premyer Liqada hamı bir-birini uda bilənlərdir. Yalnız "Qarabağ”ı fərqləndirərdim. Onlarda yüksək keyfiyyətli futbolçular var. Digərlərinin eyni səviyyədə olması qənaətindəyəm. Bizim də müəyyən istiqamətimiz var. Biz də 3 xalı qazanmaq istəyirik. Son məğlubiyyət gözlənilməz oldu. Ona görə bizə pis təsir etdi.
- Hesab etmirsiniz ki, Sezar Meza Kollinin gedişindən sonra xeyli zəifləyən "Keşlə”yə məhz onun mövqeyinə oyun qurucusu lazımdır?
- Sualınız mənə tam aydın oldu və haqlısınız. "Keşlə”yə oyun qurucusu lazımdır və belə oyunçu axtarırıq. Meydanda pleymeyker olmalıdır. Komandaya 20-25 metr ötürmə verən, topa nəzarət edən futbolçu lazımdır. Bunlar çatışmayan cəhətimizdir.
- Kapitanınız - qapıçı Kamran Ağayev son saniyələrdə əlcəklərini kənara atdı. Onun bu hərəkətini necə dəyərləndirərdiniz?
- Təbii ki, son dəqiqələrdə hamı qapıya doğru gedərək bərabərlik qoluna öz töhfəsini vermək haqda düşünürdü. Bu zaman bəzən qaydaları müəyyən mənada pozursan. Ancaq qaydalar hamı üçün eynidir. Kamranın hərəkətinə bəraət qazandıra bilərəm. Onun bu addımını əsəbiliklə əlaqələndirərdim (Report).
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video