"Gərgin oyunun olacağını gözləyirdik. Çünki rəqibin 1 xalı vardı, bizdə isə ümumiyyətlə, xal yox idi. Bu da hər iki komandanı motivasiya edirdi. Futbolçularımıza təşəkkür edirəm. Oyuna yaxşı kökləndilər. Çatışmazlıqlarımızı təhlil edərək aradan qaldırmağa çalışdıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 3-cü turunda səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Gənc mütəxəssis bildirib ki, bu, hələ azdır: "Yuxarı yerlərə çıxmaq istəyiriksə, həmişə belə hazırlaşmalıyıq. Zəif rəqib olmadığından, ciddi hazırlaşmaq lazımdır. Fasilədə hazırlaşmağa vaxtımız olacaq. Düşünmürəm ki, milli komandaların oyunları ilə əlaqədar verilən ara ilk qələbəsini qazanan komandamızı tonusdan salacaq. Sonuncu pillədəydik deyə üzərimizdə bir qədər təzyiq var idi. İndi düşünürəm ki, futbolçular daha istəkli olacaqlar. Bu qələbə digər oyunlara əsla təsir etməməlidir. Fasilədə daha çox çalışmalıyıq".
Ə.Hacıyev baş məşqçi kimi ilk qələbəsindən sonra keçirdiyi hisslərdən danışıb: "Futbolçu kimi bu cür qələbələr hiss etmişdim. Əlbəttə, baş məşqçi kimi də bunu hiss etmək xoş idi. Ardıcıllığın olması vacibdir. Bunun üçün biz məşqçilər üzərimizdə çox çalışmalıyıq" (Report).
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?