“Şerif”in yarımmüdafiəçisi Rifet Kapiç klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyununda komandasına qələbə gətirən qolun müəllifi Ağdam klubu ilə Bakıda keçiriləcək cavab matçına da toxunub.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun çətin və ağır alındı.Hər iki komanda qalib gəlmək istəyirdi. Biz daha yaxşı oynadıq və layiqli qələbə qazandıq. Əsas odur ki, sakitliyimizi və konsentrasiyamızı qoruyuruq. Bakıya sərfəli nəticə ilə gedirik.
- Qol vurduğunuz epizodu necə xatırlayırsınız?
- Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Oyundan sonra həqiqətən çıxışımızdan razı qaldım. Qol vurub komandama kömək edəndə özümü xoşbəxt hiss edirəm. Hər oyunda əimdən gələni etməyə çalışıram.
- Qol vurmaq üçün bir neçə şansınız oldu. Üstünlüyünüzü artırmaq üçün nə çatmadı?
- İkinci qolu vurmağı çox istəyirdik. Bir neçə yaxşı imkanımız oldu. Təəssüf ki, hücumlarıməntiqi sonluqla başa çatdırmaq üçün konsentrasiya çatmadı. İstənilən halda,biz nəticədən razıyıq.
- Cavab matçı necə olacaq?
- Çətin oyun olacaq. Özümə vəkomandama inanıram. Müdafiədə yığcam oynayıb, öz şansımızı gözləməliyik. “Qarabağ” güclü rəqibdir, amma təkrar edirəm, artıq ilk oyunda sərfəli nəticə qazanmışıq. Səfərdə də bunu etməliyik.
- “Qarabağ”ın cavab oyununda erkən qol vurmağa çalışacağını gözləmək olarmı?
- Bəli, razıyam, ilk dəqiqələrdən hücum edib erkən qol vurmağa çalışacaqlar. Bizim də özümüzəməxsus güclü tərəflərimiz var. Öz oyunumuza köklənməliyik.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır