“Zirə”nin hücumçusu Aleksandr Dedov Topaz Premyer Liqanın 3-cü turunda “Sabah”a evdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, əvvəlcə görüşlə bağlı fikirlərini bildirən moldovalı futbolçu Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” oyununa da toxunub.
- Məğlubiyyətə görə təəssüflənirəm. Oyuna ciddi hazırlaşmışdıq. Amma nədənsə alınmadı. Tez qol buraxmağımız komandanı sındırdı. Çoxsaylı hücumlar etsək də, rəqib yaxşı müdafiə olunduğundan qol vura bilmədik. Bu oyunla bağlı müəyyən analizlər aparacağıq. Səhvlərimizi axtarıb, nəticə çıxarmağa çalışacağıq. Ümid edirik ki, gələcəkdə bir daha belə olmayacaq.
- Bu gün arxa xətt oyunçularınız ciddi səhvlərə yol verdilər. Müdafiəni "Zirə"nin ən zəif nöqtəsi hesab etmək olar?
- Mənim işim meydana çıxıb futbol oynamaqdır. Bu cür məğlubiyyətlərdən nəticə çıxarmalı, komandanın oyununu analiz etməli olan insanlar var. Çünki biz komanda şəklində uduzduq. Burada təkcə müdafiəçilər yox, hamı günahkardır.
- İki oyundan sonra cəmi 1 xalınız var…
- Bu, kimi razı salar ki? "Keşlə" ilə heç-heçə etdiyimiz (2:2) oyunun 90+5-ci dəqiqəsində qol buraxdıq və qələbəni əldən verdik. Bu, bizə çox mənfi təsir etdi. Amma bu oyuna çox ciddi hazırlaşmışdıq. Erkən qol oyun nizamımızı pozdu.
- "Qarabağ"ın "Şerif"lə Avropa Liqasının pley-off mərhələsindəki ilk oyunu barədə nə deyə bilərsiniz?
- "Şerif" və "Qarabağ" oxşar komandadır. İlk matçda meydan sahibləri fürsətdən istifadə etdilər və 1:0 hesabı ilə qalib gəldilər. Amma "Qarabağ" zəif komanda deyil. Qrupa düşmək baxımından şansların bərabər olduğunu düşünürəm.
- Maraqlıdır, Moldovada insanlar bu barədə nə düşünür?
- "Şerif"in daha şanslı olduğunu fikirləşirlər. Amma "Qarabağ"a və baş məşqçisinə bələd olduğumdan, "Şerif" üçün Bakıda çətin olacağını deyə bilərəm. Maraqlı matç olacaq.
- Stadionda olacaqsınız?
- Xeyr. Millətlər Liqasının oyunları üçün Moldova millisinin düşərgəsinə yollanacağam.
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı