“Danışılası çox şey yoxdur. Bəlkə də "Zirə"də olduğum müddətdə ən zəif, ən dişsiz komandanı gördüm. Oyuna istədiyimiz kimi hazırlaşa bilməmişdik. "Sabah" daha istəkli idi. Səhvlərimiz çox oldu”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 3-cü turunda “Sabah”a uduzduqları oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
- Müdafiədə daha çox səhvlər görünürdü. Arxa xəttin bu cür oyununu nə ilə bağlayırsınız?
- Bilirdik ki, "Sabah" oyunu əks-hücumlar üzərində quracaq. Tək müdafiəçiləri deməzdim, komanda şəklində zəif oynadıq.
- Transfer çalışmalarınızı bitirmisiniz?
- Belə deyək, etdiyimiz yeni transferlər komandayla lazımı məşq edə bilməyiblər, tam heyətlə hazırlaşa bilməmişik. Transfer üçün hələ bir neçə gün vaxt var. Amma yeni oyunçu almaq çətindir.
- "Qarabağ" sizinlə oyunu təxirə salmaqla planlarınıza nə dərəcədə zərbə vurdu?
- Məğlubiyyət olanda çox şey analiz olunur. Əsas odur, bu gün meydanda oyun olmadı. Futbolçulara da dedim ki, bu gün biz futbol oynamadıq, ona görə məğlub olduq.
- Çempionatda yaranacaq fasilədə hansı planlarınız var?
- Mövsümün əvvəlindən demişdim ki, bu çempionat çox çətin olacaq. Rahatlıqla hansısa komandanı məğlub etmək olmur. Fasilədən maksimum yararlanacağıq.
- Birinci hissənin sonunda 2 dəyişikliyin olması nə ilə bağlı idi?
- Sadio istənilən oyunu göstərmədi. Dilanın da zədəsi vardı, tam hazır deyildi. Sürəti artırmaq üçün dəyişikliklər etdik.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video