"Futbolçularımız mübariz ruh nümayiş etdirdilər" - Nazim Süleymanov

"Futbolçularımız mübariz ruh nümayiş etdirdilər" -  Nazim Süleymanov
ÖLKƏ FUTBOLU 25 Avqust 2018 / 21:30 3208
-  A +

"Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqanın 3-cü turunda “Qəbələ” ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

“Sumqayıt” 10 nəfərlə qalsa da, son dəqiqələrdə bərabərlik qolunu vuraraq məğlubiyyətdən xilas olub. N.Süleymanov buna görə komandasına təşəkkür edib: “Azlıqda qalsaq da, futbolçularımız mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər".

Daha çox


Son xəbərlər
topaz banner