"Azərbaycanla oyunda yaxşı nəticə qazanacağımıza inanıram"

"Azərbaycanla oyunda yaxşı nəticə qazanacağımıza inanıram"
ÖLKƏ FUTBOLU 24 Avqust 2018 / 12:46 3260
-  A +

"İyul ayında Avstriyada keçirdiyimiz təlim-məşq toplanışı mükəmməl oldu. Futbolçularım yoxlama oyunlarda özlərini yaxşı tərəfdən göstərdilər. Eyni zamanda onlardan nə istədiyimi yaxşı başa düşdülər".

Qol.az-ın məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya deyib.

O, "Times of Malta"ya açıqlamasında Millətlər Liqasında Farer Adaları və Azərbaynla keçiriləcək görüşlər haqqında danışıb: "Millətlər Liqasını səbirsizliklə gözləyirəm. Hər zaman pozitiv olmuşam. Azərbaycan və Farer Adaları ilə oyunlarda yaxşı nəticə qazanacağımıza inanıram. Əsas odur ki, futbolçularımız qarşıdakı oyunlara peşəkarlıqla yanaşırlar və bütün mümkün şanslardan istifadə edəcəklər ki, ölkəmizi Millətlər Liqasında layiqincə təmsil etsinlər".

R.Farruciya komandanın bir neçə aparıcı futbolçusunun zədəsini sağaldaraq, sıraya döndüyünü bildirib: "Sevinirəm ki, bizimlə Avstriya toplanışında iştirak etməyən Zak Muskat, Yohan Beççina, Rayan Fenek Andre Şkembri və Jan-Pol kimi futblçularımız komandaya qoşulub".

Qeyd edək ki,  Malta  sentyabrın 7-də səfərdə, Farer adaları ilə, üç gün sonra isə evdə  Azərbaycan millisi ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər