“Şadam ki, Premyer Liqada debüt etdim. Ancaq uduzduğumuz üçün bu, ikinci planda qalır. Qələbənin dadı tamam başqadır. İlk hissədə yaxşı oynamadıq. Ancaq ikinci hissədə aydın olmadı ki, kim birinci diviziondan çıxıb, kim Rusiya çempionudur".
Qol.az-ın məlumatına görə, bu sözləri "Krılya Sovetov"un yeni transferi Ramiil Şeydayev klubun saytına açıqlamasında deyib.
Rusiya Premyer Liqasında debüt edən milimizin üzvü azarkeş dəstəyinə heyran qalıb: “Stadion əladır. Azarkeşlər çox xoşuma gəldi. Hətta məğlub olduğumuz oyundan sonra da dəstəklərini əsirgəmədilər. Sonadək bizi alqışladılar. Buna görə onlara minnətdaram. Ümid edirəm ki, növbəti oyunlarda da bizi bu cür dəstəkləyəcəklər”.
R.Şeydayev Samarada yaşan azərbaycanlıların ona dəstk verməsinə də toxunub: "Onlara bir daha minnətdarlıq etmək istərdim və arzulayardım ki, hamı stadiona gəlsin. Nə qədər çox azarkeş olsa, bir o qədər yaxşıdır. Hər matçda hər azarkeş vacibdir".
Gənc hücumçu komandanın əsas üzvünə çevrilmək istədiyini də əlavə edib: “Bir həftədir komandadayam. Ancaq futbolu birinci dəfə oynamıram və məndən nə tələb olunduğu yaxşı başa düşürəm. Tapşırıqları yerinə yetirməyə çalışacam ki, komandaya mümkün qədər çox fayda verim.
Onu deyə bilərəm ki, ilk dəqiqədən meydanda olmaq, komandama daha çox kömək etmək istəyirəm. Çalışacam. Hər şey baş məşqçimizin dediyi kimi olacaq: o, nə vaxt qərar versə ki, mən hazıram, onda meydana çıxacam".
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi