"Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransıda deyib.
O, ötənilki "Şerif"lə builki arasında böyük fərq olduğunu bildirib: "Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq".
Q.Qurbanovun sözlərinə görə, cəzalı Emeqaranın sabahkı matçda olmaması onlar üçün itkidir: "Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?