“Sabah bizi “Qarabağ”la ağır oyun gözləyir. Rəqib olduqca səviyyəli komandadır. Ötən mövsüm onlarla oynamışıq, nəyə qadir olduqlarını bilirik”.
Qol.az-ın “Şerif”in rəsmi saytına istindən məlumatına görə, bu sözləri komandanın kapitanı Mateo Suşiç sabah Avroliqanın plye-off mərhələsinin “Qarabağ”la ilk oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Bosniya və herseqovinalı yarımmüdafiəçi meydana qələbə üçün çıxacaqlarını bildirib:
“Çətin görüş olacaq. Amma yaxşı şansımız var. Ardıcıl 2 ildir Avropa Liqasının qrup mərhələsində oynayırıq. Nə etməli olduğumuzu bilirik. Baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməliyik. Qələbə qazanmağa çalışacağıq”.
Ötən il “Qarabağ”la Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki oyunları xatırlayan 27 yaşlı futbolçu bu dəfə Azərbaycan çempionuna qarşı hər 2 görüşdə yaxşı mübarizə aparmaq istədiklərini deyib:“Ötən il ilk oyunu səfərdə keçirmişdik. Ev matçında isə “Qarabağ”a uduzmuşduq. Amma bu dəfə ilk matçı doğma meydanda oynayacağıq. Əlbəttə, öz azarkeşləriniz önündə oynamaq daha rahatdır. Bu mövsüm avrokuboklardakı nəticələrimiz də göstərir ki, səfərdə elə də inamlı təsir bağışlamırıq. Bu oyunu isə həm evdə, həm də səfərdə yaxşı keçirmək istəyirik. “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasındakı çıxışı onun necə komanda olduğunu göstərdi. Heyətində səviyyəli futbolçular var. Bu, onların güclü rəqib olduğunu demək üçün kifayət edir”.
Qeyd edək ki, sabah keçiriləcək “Şerif” - “Qarabağ” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab oyunu isə bir həftə sonra paytaxtımızda olacaq. Həmin görüşün başlama saatı da 21:00-dır.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video