"Qarabağ"ın da zəif tərəfləri var" – "Şerif"in baş məşqçisi

"Qarabağ"ın da zəif tərəfləri var" – "Şerif"in baş məşqçisi
ÖLKƏ FUTBOLU 22 Avqust 2018 / 18:23 5582
-  A +

“Sabah UEFA Avropa Liqasında qrupa düşmək uğrunda ilk oyunumuzu keçirəcəyik. Çox güclü, yaxşı komanda ilə qarşılaşacağıq. Rəqib topa daha çox sahib olmağı və hücumameylli futbol oynamağı sevir. Ötən il Avropada öz parlaq çıxışı ilə yadda qalıb. Ona görə də hər iki oyunun çətin keçəcəyini düşünürəm”.

Qol.az-ın “Şerif”in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Moldova klubunun baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşən xorvatiyalı mütəxəsis meydana sərfəli nəticə üçün çıxacaqlarını bildirib:

“Komandamızda hər şey qaydasındadır. Zədəli futbolçularımız yoxdur. Bu gün son olaraq, oyunçularımızın hansı vəziyyətdə olduğunu görəcəyik və sabah hansı start heyəti ilə mübarizə aparacağımızı müəyyənləşdirəcəyik. Taktiki planda bir az dəyişiklik edəcəyik. Rəqibə uyğun oyun üslubu seçəcəyik. Futbolçularda özünəinam maksimum dərəcədədir. Hamı uğurlu nəticəyə inanır. İki gün öncə də səfərdə qalib gəldiyimiz çətin oyunumuz olub. Sabah bir qədər fərqli oynaya bilərik. Meydana yaxşı nəticə qazanmaq üçün çıxacağıq”.

“Komandada əhval-ruhiyyə yaxşıdır. Son çempionat oyununda qazandığımız qələbə bizə bir qədər rahatlıq gətirib. Düzdür, sabah çempionat matçı olmayacaq, “Qarabağ”la qarşılaşacağıq. Müdafiədə çox diqqətli olmalıyıq. Çünki rəqib qısa və sürətli ötürmələrlə çox texnikalı oyun sərgiləyir. Komanda məzmunlu, yüksək səviyyəli futbol oynayır. Ancaq onların da zəif tərəfləri var. Daha çox əks-hücumlarda oynayıb, əlimizə düşən şanslardan maksimum yararlanmağa çalışacağıq”.

Q. Sabliç oyuna hazır olduqlarını söyləyib: “Çətin olacağını bilirik, amma oyuna hazırıq. Komandamızda Avropa Liqasında qruplara qalmaq üçün lazım olan bütün keyfiyyətlər var. İki fərqli futbol fəlsəfəsinə malik olan komandalar üz-üzə gələcəklər. Evdə oynadığımızdan azarkeşlərin də dəstəyi ilə ən yaxşı oyunumuzu göstərə bilərik. Doğma meydanda qazanacağımız yaxşı nəticə qrup mərhələsinə adlamağımza imkan yarada bilər”.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza