"İki fərqli hissə alındı. İlk hissədə problemi həll edib daha çox qol vurmaq lazım idi. Belədə ikinci hissədə daha az gərginlik olardı".
Qol.az-ın "moldova.sports.md" saytına istinadən məlumatına görə, bu sözləri "Şerif"in məşqçisi Andrey Korneyenkov Moldova çempionatının 17-ci turunda səfərdə "Milsami"ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Boğazındakı problemlə bağlı jurnalistlər önünə çıx bilməyən baş məşqçi Qoran Sabliçi əvəzləyən mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"İkinci hissədə isə əsas vəzifə müdafiədə ehtiyatlı oynayıb, şanslardan yararlanmaq idi. Çünki rəqibin açıq oynayacağını bilirdik. Uşaqlara fədəkarlıqlarına, mübarizliklərinə görə təşəkkür edirik. "Milsami" ilə oyunlar həmişə belə çətin keçir. Meydanda baxımlı oyun olmasa da, mübarizə gedir".
Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri "Qarabağ" haqda da danışan A. Korneyenkov artıq rəqibi müzakirə etdiklərini söyləyib: "Qarabağ"ın oyunlarına baxmışıq. Artıq bu komandanı məşqçilər korpusu öz arasında təhlil edib. Ancaq hələlik futbolçulara heç bir məlumat verilməyib. Çünki əsas diqqətimiz "Milsami" ilə oyuna yönəlmişdi".
Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasında ilk oyun avqustun 23-də Tiraspolda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq. Həmin görüşün başlama saatı da 21:00-dır.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi