“Çempionat yeni başlayıb. İlk turda hər iki komanda qələbə qazanmışdı. Turun mərkəzi oyunu idi. Bilirdik ki, ağır görüş olacaq. Ona görə də matça yaxşı hazırlaşmışdıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Topaz Premyer Liqanın 2-ci turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan futbolçu 55-ci dəqiqədən etibarən nəzarətin onların əlinə keçdiyini bildirib:
“Oyuna çox pis başladıq. İlk 15 dəqiqədə matça köklənə bilmədik. Amma ondan sonra hər şey qaydasına düşdü. Düzdür, öz səhvlərimizdən 2 top buraxdıq. Futbol da belə bir oyundur, səhvlər üzərində qurulub. Siz səhv edəndə rəqib qol vurur. Ancaq 55-ci dəqiqədən sonra “Neftçi”ni meydanda görmədim. Rəqibi təzyiq altında saxladıq. Təəssüf ki, 2-ci qolu vura bilmədik. Məğlub olsaq da, oyunun sonlarında yaxşı mübarizə apardıq. Növbəti matça hazırlaşacağıq”.
Təmkin ötən mövsümün sonunda “Qəbələ”ni “Neftçi”yə dəyişən Baqali Daboya qarşı oynamağın çətin olduğunu söyləyib: “Dabo ötən mövsüm çempionatın bombardiri olmuşdu. Azərbaycana gəlmiş ən güclü legionerlərdən biridir. Bilirdik ki, ona qarşı oynamaq çətin olacaq. Komanda yoldaşlarımız ona qarşı pis mübarizə aparmadı. Amma 1-2 epizodda ustalıq səviyyəsini göstərdi. Daboya qarşı xüsusi hazırlaşmamışdıq. Ümumiyyətlə, bizim heç bir komandaya, heç bir futbolçuya, baş məşqçiyə qarşı aqressiyamız olmur. 1-ci komandadan 8-ci komandaya kimi hamısına qarşı eyni cür hazırlaşırıq. Bu mövsüm hər oyunda bizi belə görəcəksiniz”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?