“Çempionatda ilk oyunumuz idi. Uğurlu start götürmək istəyirdik. Bu, çox vacibdir və sevinirəm ki, qarşımıza qoyulan məqsədə çata bildik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Topaz Premyer Liqanın 2-ci turunda “Səbail” üzərində qazandıqları səfər qələbəsindən sonra deyib. 2:0 hesablı qələbəni şərh edən xorvatiyalı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə keçiriləcək oyunlara da toxunub:
“Səbail”lə oyun heç də asan keçmədi. Ancaq əsas 3 xal qazanmaq idi. Qarşıda bizi Avroliqa oyunu gözləyir. Rəqib pley-offa yüksəlməyi bacarıbsa, bu, özlüyündə çox şeydən xəbər verir. Hələ ki, Moldova təmsilçisinin oyununu izləməmişik. Baş məşqçimiz necə oynamalı olduğumuzu bizə izah edəcək. İnanıram ki, həm baxımlı futbol sərgiləyəcəyik, həm də bizi qrup mərhələsinə yüksəldən nəticələri əldə edəcəyik. Açığı, ilk oyunun Tiraspolda keçirilməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Onsuz da 1 həftəlik intervalla həm səfərdə, həm də evdə oynayacağıq. Əsas odur ki, qənaətbəxş nəticə qazanaq”.
“Qarabağ”dakı vəziyyətindən də danışan Ozobiç əvvəlki formasında olmadığını etiraf edib: “Burda bir qədər fərqli oyun sistemi tətbiq olunur. Ancaq təcrübəmə güvənirəm. Baş məşqçimizin mənə qazandırdığı hər şansdan maksimum faydalanmağa çalışıram. Özüm də başa düşürəm ki, bir il əvvəlki formamda deyiləm. Ancaq bunun üçün bir qədər də zamana ehtiyac var”.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi