“Qarabağ”ın UEFA Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, Ağdam klubu qrup mərhələsinə vəsiqə uğrunda Moldova çempionu “Şerif”lə mübarizə aparacaq.
Tiraspol təmsilçisi Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın “Valyur” klubunu mübarizədən kənarlaşdırıb.
İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Şerif” cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərə qolu sayəsində mərhələ adlayıb.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.
16 avqust
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
"Valyur” (İslandiya) - "Şerif" (Moldova) 2:1
Qollar: Siqurdsson, 40 (1:0), Badibanqa, 69 (1:1), Halldorsson, 90+1 (2:1)
İlk oyun - 0:1
Qeyd edək ki, “Qarabağ” ötən il ÇL-in III təsnifat mərhələsində “Şerif”i mübarizədən kənarlaşdırmışdı. İlk oyunda Bakıda hesab açılmamışdı. Cavab matçında isə “Qarabağ” səfərdə qələbə qazanmağı bacarmışdı - 2:1.
Əlavə edək ki, "Qarabağ" "Şerif"lə ilk oyununu səfərdə keçirəcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?