"İlk oyun olduğundan, uşaqlarda həyacan vardı. Futbolçularıma demişdim ki, rəqibin yeni baş məşqçisi var, ona özlərini göstərmək istəyəcəklər. Matç "Keşlə"nin üstünlüyü şəraitində keçdi. Lakin biz də yaxşı oynadıq və qələbə qazandıq. Qalibiyyəti prezidentimizin balaca körpəsinə həsr edirik. Onun ad günüdür".
Qol.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının I turunda "Keşlə"ni 1:0 hesab ilə yendikləri oyundan sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis sualları da cavablandırıb...
- Marko Deviçdən əlavə hücumçunuz olacaq?
- Yerli futbolçulardan bizə çox da həvəslə gələn olmadı. Ona görə 6 legioner götürdük. Bundan sonra əcnəbi istəmirik. İkinci mərkəz hücumçusunu öz içimizdən çıxarmalıyıq.
- Bəzi futbolçularınızda yorğunluq hiss olunurdu...
- Komandaya gec qoşulanlarda fiziki durum tam qaydasında ola bilər. 2-3 futbolçuda yorğunluq vardı.
- Cavid İmamverdiyevin oynamaması nə ilə bağlı idi?
- Zədəsi var. İmamverdiyev növbəti matçlarda meydanda olacağını əminliklə deyə bilmərəm. Çox istərdim ki, oynasın.
- Bu heyətlə çempionatdakı hədəfiniz nədir?
- Qarşımıza konkret məqsəd qoyulmayıb. Bacardığımız qədər yaxşı oyun göstərib yüksək pillələrdən birini tutmaq istəyirik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?