İnyesta Yaponiyada ilk qolunu vurdu

İnyesta Yaponiyada ilk qolunu vurdu
XƏBƏR 11 Avqust 2018 / 15:10 2732
-  A +

Ötən mövsümün sonunda “Barselona”dan Yaponiyanın “Kobe” klubuna keçən Andres İnyesta yeni komandasında ilk qolunu vurub.

Qol.az-ın xəbərinə görə, 34 yaşlı yarımmüdafiəçi yüksək liqanın 21-ci turunda hazırda “İvata” ilə keçirilən oyunda qol hesabını açıb. O, matçın 15-ci dəqiqəsində Lukas Podolskinin ötürməsini qola çevirib.

Qeyd edək ki, İnyestanın komandası 32 xalla 18 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner