Poqba Babelin rekordunu təkrarladı

Poqba Babelin rekordunu təkrarladı
XƏBƏR 11 Avqust 2018 / 14:44 3675
-  A +

"Mançester Yunayted"in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasında rekorda şərik olub.

Qol.az-ın xəbərinə görə, fransalı yarımmüdafiəçi “qırmızı şeytanlarl”ın heyətində son 11 oyunun hamısında meydanı qələbə ilə tərk edib.

Bu rekord daha əvvəl 2007-2011-ci illər aralığında "Liverpul”da çıxış edən, hazırda “Beşiktaş”ın üzvü olan Rayan Babelə məxsus idi.

Xatırladaq ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında yeni mövsümün ilk oyununda “Lester”i 2:1 hesabı ilə məğlub edib. Komandanın ilk qolunu Poqba vurub.

Daha çox


Son xəbərlər