Bugünlərdə “Qarabağ” – BATE oyunundan əvvəl rəqib komandanın baş məşqçisinin mətbuat konfransı zamanı Ağdam klubunun mətbuat xidməti jurnalistlərdən belə bir xahiş etdi ki, suallar doğma dilimizdə olsun və tərcüməçi vasitəsi ilə ünvanına çatdırılsın.
Burda hər hansı şovinizm, rus dilini aşağılamaq kimi bir əlamət qətiyyən yoxdu. Sadəcə, biz hamımız Azərbaycanda yaşayırıq, tolerant xalq olaraq, bütün digər xalqlara, onların dilinə, mədəniyyətinə, adət-ənənəsinə hörmətlə yanaşdığımız kimi, öz ana və dövlət dilimizə qiymət verməyi bacarmalıyıq. Əks halda aşağıda haqqında söhbət açacağımız biabırçı mənzərə yaranacaq.
Gələk, əsas məsələyə. “Neftçi” klubunun mətbuat xidməti dünən klubun prezidenti Kamran Quliyevin komanda üzvləri ilə görüşünü əks etdirən video paylaşıb.
Görüşdə diqqəti bir məqam çəkir. Kamran Quliyev yerli və xarici futbolçularla doğma Azərbaycan dilində deyil, rus dilində danışır. Əgər “Neftçi”də legionerlərin hamısı ruslar, yaxud rus dilini bilən şəxslər olsaydı, klub prezidentini hardasa başa düşmək olardı. Əslində isə heç bu də qəbuedilməzdir. Ona görə ki, legionerlərlə belə Azərbaycan dilində danışmaq lazımdır ki, onlar da bizim dildə 3-5 söz bilsin. Legioner burda yaşayırsa və buna görə bu dövlətin ən böyük şirkətlərindən birindən pul alırsa, bir klub prezidenti olaraq, onlarla vətəndaşı olduğu dövlətin dilində danışması Kamran Quliyevin mənəvi və vicdan borcudur.
Amma xeyr, Kamran müəllim, onlarla məhz rus dilində danışır. İşin ən tragikomik tərəfi isə odur ki, onun danışıqları videoda Azərbaycan dilindəki alt yazıyla təqdim olunur. Normalda necə olur? Öz doğma dilində danışılır, xaricilərin başa düşdüyü ümumi dilə isə tərcümə olunur.
Görəsən, Kamran Quliyevin danışığının Azərbaycan dilinə tərcümə ilə verilməsi bu ölkədə kimin üçün hesablanıb? “Neftçi”nin Azərbaycan dilini yaxşı səviyyədə bilən vətənpərvər azarkeşləri, yoxsa Kamran Quliyevin Azərbaycan dilindən bixəbər bəzi rusdilli dost-tanışı üçün?
Amma dərinə gedəndə bunda təəccüblü bir şey də yoxdu. Çünki “Neftçi”də Azərbaycan dilini öyrətməyə birinci legionerlərdən deyil, elə K.Quliyevin özündən başlamaq lazımdı.
Kamran Quliyevin komanda üzvləri ilə məlum görüşünün videosu
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video