İslandiya millisində yeni baş məşqçi

İslandiya millisində yeni baş məşqçi
XƏBƏR 8 Avqust 2018 / 18:34 2530
-  A +

İslandiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın İslandiya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanı Erik Hamren çalışdıracaq. 61 yaşlı mütəxəssis bu vəzifədə Heymir Hadlqrimssonu əvəz edib.

Hamren son olaraq İsveç millisini çalışdırıb (2009-2016). İsveçli mütəxəssis 2008-2010-cu illərdə Norveçin "Rusenborq" klubunun baş məşqçisi olub.

Qeyd edək ki, “Qarabağ”ın yeni transferi Hannes Halldorsson İslandiya millisinin əsas qapıçısıdır.

Son xəbərlər
topaz banner