"Milan"ın yeni hədəfi - Draksler

"Milan"ın yeni hədəfi -  Draksler
XƏBƏR 8 Avqust 2018 / 17:50 3310
-  A +

“Milan” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Yulian Drakslerlə maraqlanır. “Rassonyerlər” Almaniyalı futbolçunu icarəyə götürmək istəyir.

Qeyd edək ki, Draksler 2017-ci ildə “Volfsburq”dan 35 milyon avroya transfer edilib. O, ötən mövsüm Paris klubunda 47 oyuna 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

Son xəbərlər
topaz banner