"İnter"in 3 futbolçusu "Parma"da

"İnter"in 3 futbolçusu "Parma"da
XƏBƏR 8 Avqust 2018 / 16:50 3307
-  A +

İtaliyanın “Parma” klubu heyətinə üç futbolçu cəlb edib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, A Seriyasına vəsiqə qazanan klub “İnter”in futbolçularını transfer edib.

Milan təmsilçisinin gənc futbolçuları Alessandro Bastoni və Federiko Dimarko 1 illik icarəyə götürülüb.

“İnter”in daha bir futbolçusu – hücumçu Jonatan Byabyani isə “Parma”ya birdəfəlik transfer olunub. O da yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə