"Qarabağ" - "Zirə" oyunu təxirə salındı

"Qarabağ" - "Zirə" oyunu təxirə salındı
XƏBƏR 8 Avqust 2018 / 15:42 2516
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”  Peşəkar Futbol Liqasına müraciət edib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  “Qarabağ”  III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində dəyişiklik edib.

Topaz Premyer Liqasının I  turunun “Qarabağ” – “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr  tarixə keçirilib.

Son xəbərlər