“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE ilə oyunundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib.
- Bu dəqiqə oyun barədə danışmaq çətindir. Yeganə səhv buraxdıq, rəqib də bundan istifadə etdi. Mənim üçün çox üzücüdür, çünki həmin səhvi mən buraxdım. Məğlub olduq. Rəqib ilk oyunun səfərdə olmasından yaxşıca istifadə etdi. Qarşıdakı oyuna hazırlaşacağıq.
- Səhvə yol verdiyiniz epizodda topu Qaraya ötürürdünüz, yoxsa necə?
- Bəli, topu Qaraya ötürmək istəyirdim. Sadəcə, hücumçu ayağını uzatdı və topu ələ keçirdi. Nəticədə də qol vurdular.
- İlk dəqiqələrdən “Qarabağ”ın futbolçuları özlərinə oxşamırdı, çox həyəcanlı görünürdü. Bu, nədən irəli gəlirdi?
- Düzdür, elə bir şey var idi. İlk 20 dəqiqədə istədiyimiz oyun alınmırdı. Hər iki komanda səhv etmək istəmirdi. Hesabda geri düşdükdən sonra çox qüvvə ilə irəli atıldıq. Əslində yaxşı imkanlarımız da oldu. Bəzi epizodlarda rəqib qapıçı yaxşı oynadı, bəzilərində isə santimetr dəqiqlik çatmadı. İkinci hissəni yaxşı keçirdik. Rəqibi öz qapısına doğru sıxdıq, çoxsaylı hücumlar qurduq, amma son nəticəni qoya bilmədik.
- Bu məğlubiyyət pley-of şanslarınıza nə dərəcədə təsir edəcək?
- Təbii ki, üstünlük rəqibdədir. Səfərdə vəziyyəti dəyişməyə çalışacağıq.
- Bunun üçün “Qarabağ”a nə lazımdır?
- Daha üstün oynamalıyıq. Rəqib komandanın azarkeşləri qarşısında oynayacağıq. Bizi dəstəkləyən azarkeşlərimiz olmayacaq. Burda göstərdiyimiz oyun orda kifayət etməyə bilər. Daha yaxşı oynamalıyıq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?