"Qarabağ"da ciddi itki - Kintana yenə zədələndi

"Qarabağ"da ciddi itki -  Kintana yenə zədələndi
XƏBƏR 7 Avqust 2018 / 21:50 5618
-  A +

“Qarabağ” ciddi itki ilə üzləşib.

Qol.az-ın xəbərinə görə, komandanın aparıcı futbolçularından olan Dani Kintana sıradan çıxıb.

İspaniyalı yarımmüdafiəçi ötən gün keçirilən məşq zamanı zədələnib. Bu səbəbdən o, hazırda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirilən görüşü buraxıb.

Qeyd edək ki, Kintana Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyununda da zədələnmişdi. O, ÇL-in 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə ilk oyununu da buraxmışdı.

Son xəbərlər