ÇL, AL, Millətlər Liqası və La Liqa "CBC Sport"da

ÇL, AL, Millətlər Liqası və La Liqa "CBC Sport"da
XƏBƏR 7 Avqust 2018 / 21:20 7718
-  A +

“CBC Sport” telekanalı 2018-2019 mövsümündə bir sıra futbol yarışını yayımlayacaq.

Qol.az-ın telekanalın saytına istinadən yaydığı xəbərə görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, , AÇ-2020, DÇ-2022-nin seçmə mərhələs, İspaniya La Liqası və sentyabrdan start götürəcək UEFA Millətlər Liqasıdır.

Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real” (Madrid) və "Atletiko" (Madrid) komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq.

Qeyd edək ki, bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı "İdman Azərbaycan" yayımlayıb.

Son xəbərlər