Almeyda yenə ehtiyatda

Almeyda yenə ehtiyatda
XƏBƏR 7 Avqust 2018 / 18:34 3956
-  A +

Millimizin və “Astana”nın üzvü Riçard Almeyda  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində hazırda Zaqreb "Dinamo"su ilə keçirilən görüşdə ehtiyat oyunçular arasında yer alıb.

Qol.az-ın xəbərinə görə, komandanın baş məşqçisi Roman Qriqorçuk bu dəfə də ona güvənməyib.

Əvəzində braziliyalı futbolçunun həmyerlisi, "Qarabağ"da da birgə oynadığı Pedro Enrike start heyətdə yer alıb. 

Qeyd edək ki,  “Astana” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə