Dünya çempionatının rekordçusu millidən getdi

Dünya çempionatının rekordçusu millidən getdi
XƏBƏR 7 Avqust 2018 / 11:55 3782
-  A +

Misir millisinin qapıçısı Essam El-Hadari yığmadakı karyerasını başa vurub.

Qol.az-ın məlumatına görə, bu barədə "İsmaili"nin 45 yaşlı qokiperi özünün "Feysbuk" hesabında yazıb.

Qeyd edək ki, El-Hadari dünya çempionatlarının final mərhələsinin tarixinin ən yaşlı qapıçısıdır. O, DÇ-2018-də 45 yaşında ikən  Səudiyyə Ərəbistanına qarşı oynayıb.

Xatırladaq ki, El-Hadari milli ilə 159 matçda iştirak edib.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner