“Qarabağ” təcrübəli və keyfiyyətli komandadır. Son illər avrokuboklarda qrup mərhələsində çıxış edib. Komandaya Qurban Qurbanov kimi təcrübəli mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Şansların bərabər olduğunu düşünürəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri Belarusun BATE klubunun baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçirəcəkləri ilk oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. 37 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Son həftələrdə komandanız uzaq səfərlər edib. Bu işinizə mənfi təsir edəcək?
- Avrokuboklarda çıxış edən hər bir komanda bu cür şərtlərə hazır olmalıdır. BATE Finlandiyadan gəlsə də, bu, bizə problem yaratmayıb.
- BATE HİK-lə görüşdə yaxşı çıxış etmədi. Bu, rəqibi qiymətləndirməməklə bağlı idi, yoxsa öz oyunuzu nümayiş etdirə bilmədiniz?
- Hər ikisini qeyd edərdim. Evdə qolsuz heç-heçə qeydə alındı. Səfərdə isə 2 qol vuraraq mərhələni adladıq.
- “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib ki, ilk matçı Bakıda keçirmək BATE üçün üstünlükdür. Bununla razısınız?
- Bunu demək çətindir. Bizim də ilk matçı evdə keçirdiyimiz vaxtlar olub. Lakin “Qarabağ”ın kapitanı ilə razılaşmamaq mümkün deyil. Çünki təcrübəli futbolçudur.
- “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi hansı oyunları izləmisiniz?
- Hamısını. İşimiz budur.
- Pro kurslarında Aftandil Hacıyev və Ayxan Abbasovla bir yerdə olmusunuz. Onlardan hansısa məlumat almısınız?
- Təbii ki, əlaqə saxlamışam. Amma tam başqa mövzuda. Onlar mənə hədiyyə gətirmişdilər. Bununla bağlı məsələdir.
- Bakıda sizi hansı nəticə qane edir?
- Oyuna ciddi hazırlaşmışıq. İstənilən müsbət nəticə bizim üçün məqbuldur.
- Cütün qalibi “Qarabağ” olmasa, bizim üçün sürpriz sayılacaq. Bəs siz keçə bilməsəniz, bunu faciə kimi qəbul edəcəksiniz?
- Təbii ki, uğursuzluq olacaq. Qarşımıza qoyulan məqsəd bacardıqca irəli getmək və qrupa düşməkdir.
- Pley-off mərhələsində PSV-nin düşməsi motivasiyanıza mənfi təsir etmədi ki?
- Bu barədə danışmaq tezdir. Hazırda yalnız “Qarabağ” haqqında düşünürük.
- Azərbaycandan fərqli olaraq, Belarusda çempionat başlayıb. Bu sizin üçün üstünlükdür?
- “Qarabağ” yaxşı təlim-məşq toplanış keçib. Həmçinin avrokubokda 4 oyun keçirib. Bu həftə çempionat da start götürəcək. Komandaların hansı çempionatda iştirak etdiyini nəzərə alsaq, avrokubok görüşlərinin tam fərqli atmosferdə keçəcəyini söyləyə bilərəm (Report).
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?