"Qarabağ" BATE-ni keçə bilməsə... - Avroliqadakı rəqibi

"Qarabağ" BATE-ni keçə bilməsə... -  Avroliqadakı rəqibi
ÖLKƏ FUTBOLU 6 Avqust 2018 / 16:00 13542
-  A +

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Qol.az-ın xəbərinə görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıracaq klubların da Avroliqadakı rəqibləri bəlli olub.

"Qarabağ" BATE səddini keçə bilməsə, "Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Ağdam klubu sözügedən komandalardan birinə rəqib olsa, Avroliqada pley-off-un ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

Daha çox


Son xəbərlər