“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov və oyunçusu Təmkin Xəlilzadə UEFA tərəfindən cəzalandırılıb.
Bu barədə Qol.az-a klubun meneceri Zaur Əzizov məlumat verib.
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqress”lə cavab oyununda rəqib futbolçuya zərbə endirdiyinə görə meydandan qovulan millimizin müdafiəçisi 4 oyunluq cəza alıb. Texniki zona qaydalarını pozan Sənan Qurbanov isə iki görüşdə komandasını meydana çıxara bilməyəcək.
Cəzalarla bağlı UEFA-dan rəsmi məktub aldıqlarını bildirən Z.Əzizov qərarla bağlı şikayət etməcəklərini də əlavə edib.
Xatırladaq ki, “Qəbələ” Lüksemburqdakı oyunda 1:0 hesabı ilə qalib gəlsə də, ilk matçda 0:2 hesablı məğlub olduğundan Avroliqada mübarizəni erkən dayandırıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?